Papa Fransisk: "Ümid edirəm ki, Qəzzada mövcud atəşkəs davam edəcək"


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzada müvəqqəti atəşkəsin davam edəcəyinə ümid etdiyini bildirib.



Çərşənbə günləri Vatikanda xalqa açıq ümumi qəbul iclası keçirən Papa, xəstəliyinə toxunaraq, "Bu qripə görə hələ də yaxşı deyiləm və səsim pisdir" deyərək mesajlarını başqa bir məmura oxutdurub.

Qəbulun son hissəsindəki çıxışında Papa, "Lütfən, Fələstin və İsraildəki ciddi vəziyyət üçün dua etməyə davam edək. Barış, lütfən sülh olsun" ifadələrini işlədib.

Papa Fransisk, "Ümid edirəm ki, Qəzzada hazırkı atəşkəs davam edəcək. Bu yolla bütün girovların azad ediləcəyini və lazımi humanitar yardımlara çıxışın təmin ediləcəyini ümid edirəm. Oradakı cəmiyyətdən xəbər aldım ki, əzab çəkənlər sadə insanlardır, döyüşənlər əziyyət çəkmir. Biz sülh istəyirik." deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu