Məşqçi saxtakarlığa görə futboldan uzaqlaşdırıldı
AFFA İntizam Komitəsi U-13 Liqasında çıxış edən “Baku Sporting” komandası ilə bağlı sərt qərar qəbul edib.
Buna səbəb lisenziyası olmayan Əli Hüseynov adlı futbolçunun Roman Bayandurovun adından oynaması olub.
Belə ki, o, “Baku Sporting”in ilk 9 turdakı qarşılaşmalarının hamısında meydanda olub. Buna görə həmin görüşlərdə adıçəkilən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üzə çıxan “Baku Sporting”in məşqçisi Şamil Məmmədov da 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən uzaqlaşdırılıb.