“Neftçi”nin şikayəti təmin edilmədi


Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.


AFN.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib.

İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv olunub.

“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.

İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu