AFFA Samir Abasovun cəzasını yüngülləşdirib
![](/uploads/posts/2022-11/1669366042_3bbf574c-3b76-33e8-9904-ddf90a56c142_850.jpg)
AFFA İntizam Komitəsinin (İK) “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.
AFN məlumatına görə, bu, Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarda qeyd olunub.
Bildirilib ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi ilə baş məşqçiyə verilən 5 matçlıq kənarlaşdırılma 3 oyun şərti tətbiq edilməklə 5 oyunluq cəza ilə əvəz edilib.
Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay müddətinə təyin olunub. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunacaq.
Qeyd edək ki, "Sumqayıt" klubu barəsində verilən 4000 AZN məbləğində cərimə cəzası isə qüvvədə saxlanılıb.