AFFA "Turan Tovuz"un qapıçısının cəzasını azaldıb


"Turan Tovuz"un qapıçısı Kamal Bayramovun cəzası azaldılıb.


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin 38 yaşlı qolkiper barəsində qəbul etdiyi 3 oyunluq diskvalifikasiya qərarında dəyişiklik edib.

Sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılıb və buna görə 6 ay sınaq müddəti təyin olunub.

Sınaq dövründə Bayramov qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu