ABŞ seçicilərinin İsrailə hərbi yardıma dəstəyi azalıb


ABŞ-da aparılan sorğuda seçicilərin ölkələrinin İsrailə verdiyi hərbi yardıma dəstəyinin azaldığı məlum olub.


Konnektikutda Quinnipiac Universitetinin 14-18 dekabr tarixlərində ölkə daxilində qeydiyyatda olan 1647 müstəqil, 702 respublikaçı və 683 demokrat seçicinin iştirakı ilə keçirilən sorğu çərçivəsində seçicilərin İsrailə edilən hərbi yardımlarla bağlı fikirləri öyrənilib.

Sorğunun nəticələrinə görə, iştirakçıların 45 faizi ABŞ-ın İsrailə göndərdiyi hərbi yardımı dəstəklədiyini bildirib.

Noyabr ayında keçirilən sorğuda seçicilərin 54 faizi tərəfindən dəstəklənən Quinnipiac tərəfindən sifariş edilən hərbi yardıma dəstək son sorğuda 9 faiz azalıb.

ABŞ-da "New York Times" və "Siena College Poll" tərəfindən aparılan sorğu göstərib ki, amerikalıların təxminən 60 faizi Co Baydenin İsrail-Fələstin məsələsini və Qəzza böhranını idarə etməsini düzgün hesab etmir, gənclərin isə hər 4-dən 3-ü Baydeni haqlı görmür.

10-14 dekabr tarixlərində ABŞ-da qeydiyyatdan keçmiş 1016 seçici ilə aparılan sorğunun nəticələri göstərdi ki, xüsusilə gənclər cəmiyyətin digər təbəqələrinə nisbətən Qəzzaya daha həssasdırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu