KİV: İsrail bütün dünyada dəstəyini itirir


“Time” jurnalı oktyabrın 7-dən etibarən bütün dünyada İsrailə dəstəyin azaldığını bildirib.


Jurnalın "Morning Consult" araşdırma şirkətindən əldə etdiyi məlumatlara görə, 43 ölkədən 42-də İsrailə dəstək azalıb.

Sorğu 2023-cü ilin oktyabr-dekabr ayları arasında 6 qitədən 43 ölkədə əldə edilmiş 300-6 min cavaba əsaslanır.

Buna uyğun olaraq Çin, Cənubi Afrika, Braziliya və digər Latın Amerikası ölkələrində İsrailə qarşı “müsbət” rəyin əksəriyyəti “mənfi”yə çevrilib.

Hazırda İsrail haqqında “mənfi” fikirlərə malik olan Yaponiya, Cənubi Koreya və İngiltərədə bu ölkəyə dəstək verənlərin sayında xeyli azalma müşahidə olunub.

2023-cü ilin sentyabr ayı ilə müqayisədə Yaponiyada İsrailə qarşı mənfi fikir bildirənlərin sayı son sorğuda 39 faizdən 62 faizə, Cənubi Koreyada 5 faizdən 47 faizə, Böyük Britaniyada 17,1 faizdən 29,8 faizə yüksəlib.

ABŞ-ın İsrailə dəstəyi azalsa da, davam edir. Burada İsraili dəstəkləyən iştirakçıların nisbəti 18,2 faizdən 16 faizə düşüb.

"Morning Consult"un nümayəndəsi Sonnet Frisbie "Time"a bildirib ki, bu məlumatlar İsrailin hazırda beynəlxalq ictimaiyyətdə nə qədər çətin bir yolda olduğunu göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu