İsrailə qarşı açılan "soyqırım" iddiası üzrə ikinci məhkəmə iclası başlayıb


İsrailin Qəzzaya edilən hücumlarda BMT-nin Soyqırım Konvensiyasını pozduğu səbəbiylə Beynəlxalq Ədalət Məhkəməsində açılan iddia üzrə ikinci baxış iclası başlayıb.


İctimai dinləmə Hollandiyanın Haaqa şəhərindəki Məhkəmədə tərəflərin iştirak etdiyi zalda canlı yayımlanır.

Dünən keçirilən iclasın ilk günündə Cənubi Afrikanın İsrailə qarşı soyqırım ittihamı və hücumların dayandırılması üçün ehtiyat tədbirləri tələbləri dinlənilib. Bugünkü iclasda İsrail heyəti müdafiə edir.

Cənubi Afrika Respublikasının İsrailə qarşı açdığı “soyqırım” işi ilə bağlı aralıq tədbirlər tələbləri ilə bağlı ilk məhkəmə iclası dünən keçirilib və ilk iclas günündə Cənubi Afrika öz arqumentlərini təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu