Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan iddia üzrə iclas başlayıb


Cənubi Afrika Respublikasının İsrailin Qəzzada törətdiyi hərəkətlərin Soyqırım Konvensiyasını pozduğu əsası ilə Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) qaldırdığı iddia üzrə aralıq tədbirlər tələbləri ilə bağlı məhkəmə başlayıb.


Məhkəmədə tərəflərin iştirak etdiyi zalda ictimaiyyətə açıq keçirilən dinləmə canlı yayımlanır.

Bugünkü iclasda Cənubi Afrikanın müvəqqəti tədbirlərlə bağlı tələbləri dinləniləcək, sabahkı iclasda isə İsrail nümayəndə heyəti müdafiə edəcək.

Dinləmə Cənubi Afrika tərəfini təmsil edən hüquqşünaslardan professor Con Duqardın təqdimatı ilə başlayıb. Duqard aparteid dövründə Cənubi Afrikada yaşamış və aparteid əleyhinə fəal şəkildə dayanan bir hüquqşünas kimi seçilir.

2001-2008-ci illər arasında BMT-nin Fələstində İnsan Haqları üzrə xüsusi məruzəçisi vəzifəsində çalışan Duqard eyni zamanda məhkəmədə müxtəlif işlərdə müvəqqəti hakimlik edib.

Daha əvvəl iki saat olaraq elan edilən dinləmələrin müddəti İsrailin tələbi ilə üç saata çatdırılıb.

Dinləmə zamanı İsrail qəzzalılara qarşı şüurlu hərəkətlərinin soyqırım niyyətini sübut etməkdə ittiham edilib.

Cənubi Afrika dekabrın 29-da verdiyi yazılı ərizəsində məhkəmədən İsrailə qarşı 9 ilkin göstəriş verməsini istəyib.

Cənubi Afrikanın tələb etdiyi ehtiyat tədbirləri arasında İsrailin Qəzzada hərbi əməliyyatları dərhal dayandırması, fələstinlilərə qarşı soyqırımın qarşısının alınması üçün lazımi tədbirləri görməsi, köçkünlərin öz evlərinə qayıtmasını və lazımi qida, su, yanacaq, tibbi və gigiyena ləvazimatları ilə təmin olunmasını təmin etməsi də var. Buraya həmçinin humanitar yardıma çıxışın təmin edilməsi, soyqırımda iştirak edənlərin cəzalandırılması üçün lazımi addımların atılması, soyqırım sübutlarının qorunması və görülmüş tədbirlərin icrası ilə bağlı Məhkəməyə mütəmadi hesabatların təqdim edilməsi daxildir.

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) razılaşmalarına və beynəlxalq müqavilələrə tabe olan məsələlərin həllində BMT-nin məhkəmə orqanı kimi çıxış edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu