Fuad Nəcəfli: Yeni metod və üsullarla işləməyə hazır olanlarla işləyəcəyik


"Bir ildir ki, Naxçıvanda səlahiyyətli nümayəndəlik institutu formalaşıb. Ölkə Prezidentinin tapşırığı ilə Naxçıvanda kadr islahatı aparılır. Ən çətini yerli kadrların bəzilərinin ya bilərəkdən, ya da təcrübəsizlikdən işlərini tamamilə yanlış metodlarla aparmasıdır. Heç bir şəkildə güzəştə getmək istəmirdilər".


AFN.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə açıqlamasında bildirib. "Mən burada doğulmuşam. Naxçıvanı və naxçıvanlıları yaxşı tanıyıram. Qısa müddətdə yeni komanda formalaşdırdıq. Muxtar respublikada sosial-iqtisadi vəziyyəti öyrənmək üçün əhali ilə çoxsaylı görüşlər, qəbullar keçirdik. Və beləliklə ortaya çıxan problemləri öyrəndik, təhlil etdik və onların həlli istiqamətində iş aparıldı. Hazırda 2023-2027-ci illəri əhatə edən 11 prioritet istiqamətdən ibarət sosial-iqtisadi proqram hazırlanıb. Yeni metod və üsullarla işləməyə hazır olanlarla işləyəcəyik. Çünki ən vacib məsələ vaxtdır. Çox təəssüf ki, bu çağırışa məhəl qoymayanlar da olur".

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu