Fuad Nəcəfli Şərurda - sakinlərin problemləri dinlənilib


Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Şərur rayonunda olub, sakinlərlə görüşüb.


AFN.az-ın APA-ya istinadən xəbərinə görə, əvvəlcə Şərur şəhərindəki şəhidlər abidəsi və Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib.

Səlahiyyətli nümayəndə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüş zamanı sakinlərin müraciətləri, problemləri dinlənilib. Qeyd edilib ki, sakinlərin üzləşdiyi problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Hazırda görüş davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu