BMT rəsmisi: Minaların bölgəyə vurduğu zərərdən xəbərdarıq


BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis (Dennis Francis) Ermənistanın Azərbaycan ərazilərinə işğal dövründə döşədiyi minaların bölgəyə vurduğu zərərdən və onun aradan qaldırılması üçün tədbir görülməsinin vacibliyindən xəbərdar olduqlarını açıqlayıb.


O, bu barədə "Report"un ABŞ bürosuna müsahibəsində danışıb.

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsinin BMT Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarmağın mümkün olub-olmadığı barədə sualı cavablandıran D.Frensis deyib:

"Baş Assambleyanın builki gündəliyində mənim təşəbbüsümlə bununla bağlı iclas keçirmək üçün, təəssüf ki, konkret olaraq fürsətimiz yoxdur. Lakin biz minaların bölgəyə vurduğu zərərdən və onun aradan qaldırılması üçün tədbir görülməsinin vacibliyindən xəbərdarıq".

BA Prezidenti zamanla bu problemlərin həlli üçün ciddi tədbirlərin görüləcəyinə ümid etdiyini vurğulayıb:

"İcazə verin, iki həmkarınızın vəfatı ilə əlaqədar sizə və Azərbaycan xalqına başsağlığı verim. Mən uzun illər ölkəmin, Trinidad və Tobaqonun BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi olmuşam. Hər gün BMT-nin Cenevrədəki binasının önündə qoyulmuş və müharibələrdən sonra minaların təsirini, mina qurbanlarını simvolizə edən üçayaqlı sınıq kreslo heykəlinin yanından keçərdim. Həmin heykəl müharibədən qalan minaların uzun illər sonra dəhşətli təsirinin çox güclü simvoludur. Bu cür partlayıcılar dəhşətlidir, dağıdıcıdır və həmin heykəl qurbanlarını xatırladır. Ümid edirəm ki, zamanla bu problemin həlli üçün ciddi tədbirlər görüləcək".

D.Frensisin müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu