Ərdoğan bu əraziləri təbii fəlakət bölgəsi elan etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər görmüş bölgəyə səfər edib.


Ərdoğan Kastamonunun Bozkurt bölgəsinə gəlib.

“Bunu açıq şəkildə deyirəm. Allahın izni ilə bu təbii fəlakətlərin də öhdəsindən gələcəyik. Nə lazımdırsa, dövlət olaraq əlimizdən gələni sürətlə edəcəyik və yenidən ayağa qalxacağıq”, - deyə Ərdoğan onu həmin ərazidə gözləyən vətəndaşlara müraciətlə deyib.

Bununla yanaşı, Ərdoğan sel baş verən Kastamonu, Bartın və Sinopu təbii fəlakət bölgəsi elan etdiyini bildirib.

Türkiyə Prezidenti həmçinin bildirib ki, selin vurduğu ziyanın aradan qaldırılması üçün 4760 canlı qüvvə, 19 helikopter, 1 dron, 66 təcili yardım maşını, beynəlxalq tibbi xilasetmə qrupunun 41 nümayəndəsi, 630 xidmət maşını, 437 iş texnikası və çox sayda digər texnikadan istifadə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu