Finlandiyada rusdillilər etiraz aksiyası keçiriblər


Finlandiyanın Rusiya ilə sərhədinin bağlanmasına qarşı Helsinkidə etiraz aksiyası keçirilib.


Bu barədə TASS məlumat yayıb.

Rusdilli sakinlər ölkə rəhbərliyinə keçid məntəqəsinin bağlanması məsələsinin daha çevik həlli, habelə qanuni hüququ olan hər kəs üçün Finlandiya ilə Rusiya arasında sərhədi keçmək yollarının təşkili tələbi ilə müraciət ediblər.

Yürüş polislə razılaşdırılıb və mərkəzi küçələrdən biri - Aleksanterinkatu boyunca keçirilib. Agentliyin məlumatına görə, yürüşdə təxminən 50 nəfər iştirak edib.

Bundan əvvəl Finlandiya sərhəd xidmətinin Rusiya ilə sərhəddə əlavə hasarlar çəkəcəyi bildirilirdi.

Hazırda Helsinkinin təşəbbüsü ilə Rusiya ilə Finlandiya arasında bütün keçid məntəqələri bağlanıb. Finlandiya tərəfi bu yolla 2023-cü ilin payızında axını xeyli artmış qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almağa çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu