"Çelsi"nin satış gəlirləri qeyri-müəyyən müddətə dondurula bilər


İngiltərənin “Çelsi” futbol klubunun satışından əldə olunan gəlir, mülkiyyətlə bağlı fikir ayrılıqlarına görə qeyri-müəyyən müddətə dondurula bilər.

Bu barədə “Politico” qəzeti vəsaitlərin bölüşdürülməsi üçün yaradılmış xüsusi fondun rəhbəri Mayk Penroza istinadən məlumat yayıb.

“Böyük Britaniya hökuməti bu vəsaitlərin tam olaraq hara və kimə yönəldilməsindən söhbət gedəndə siyasi ifşa potensialından narahatdır. Bunun risk olduğunu düşünür”, – deyə nəşr, humanitar təşkilatlardan birinin əməkdaşından sitat gətirib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər nazirinin müavini Leo Doçerti "Çelsi" klubunun satışından əldə olunan vəsaitin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqlarının olduğunu etiraf etmişdi.

"Çelsi"nin sahibi, Rusiyalı iş adamı Roman Abramoviçin adı 2022-ci il martın 10-da Ukraynadakı hadisələrlə əlaqədar Böyük Britaniyanın sanksiyalar siyahısına əlavə edilib, bundan sonra onun ölkədəki aktivləri dondurulub. 2022-ci ilin mayında İngiltərə Premyer Liqasının idarə heyəti "Çelsi"nin iş adamı Todd Boehlinin konsorsiumuna satılmasını təsdiqləyib. Bir qrup amerikalı sahibkar klub üçün 4,25 milyard funt-sterlinq təklif edib. Bunlardan 2,5 milyard funt-sterlinq klubun özünə ödənilməli idi, daha 1,75 milyard funt-sterlinq isə onun inkişafına yatırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu