"Çelsi"nin yeni sahibi gələn həftə müəyyənləşə bilər


İngiltərənin "Çelsi" klubunun yeni sahibi martın 7-də müəyyənləşə bilər.


London təmsilçisinin hazırkı rəhbəri Roman Abramoviç bu istiqamətdə danışıqları davam etdirir.

İddiaya görə, hazırda potensial alıcılardan biri isveçrəli iş adamları Hansyorq Viss və Todd Belinin də daxil olduğu ABŞ-İsveçrə konsorsiumudur.

Tərəflərin tezliklə razılığa gələcəyi və rəsmi müqavilənin növbəti həftənin əvvəlində imzalanacağı gözlənilir.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu