"Stimul Hospital"ın terapevti İlham Hüseyn anama əməkdaşlıq etdiyi bütün firmaların dərmanlarını aldırıb - Fərahim İlqaroğlu


"Stimul Hospital"ın terapevti İlham Hüseyn anama əməkdaşlıq etdiyi bütün dərman firmalarının iynələrini aldırmışdı. Anam hər dəfə deyirdi ki, bala, aptekdə az qala yarı qiymətinə satırlar. Bunlar aptekdən almağa icazə vermirlər, deyirlər ki, bizdə onsuz da var.


AFN.az xəbər verir ki, bunu jurnalist Fərahim İlqaroğlu anası Bahar Qasımovanın ölümü ilə bağlı paylaşımında bildirib. O, bildirib ki, anasında həmişə qiyməti fikirləşməməyi, müalicəsini davam etdirməyi deyirmiş: "Bu gün iş yoldaşım dedi ki, mənim də anam eyni diaqnozla burda, Almaniyada müalicə aldı. Özü də onda daha ağır forması imiş. Təsəvvür edin, alman həkimlər heç bir ağır iynə, heç bir sistem vurmadan 2-3 aya qadını sağaldıblar.
Bax, budur Azərbaycan səhiyyəsinin mənzərəsi. Özəl klinikalarda normal maaşa çalışan həkimlər belə dilənçilik edirlər. Öz ciblərini doldurmaq üçün insanları qırırlar. Və buna "Dur!" deyən yoxdur..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu