Google Translate-in 5 faydalı imkanı
Müasir dövrdə hər kəs onlayn imkanlardan yararlanır. Bu imkanlardan biri də google translate-dir. Bu proqramla biz müxtəlif dillərdən tərcümələr edir, xarici resurslardakı materialları öz bildiyimiz dilə çevirib ondan faydalana bilirik. Bəs google translate bizə hansı imkanları verir?
AFN.az google translate-dən görə biləcəyimiz 5 faydanı təqdim edir:
1. Sinxron tərcümə
Bu imkan sayəsində biz əcnəbi dildə danışan şəxslə canlı ünsiyyət qura bilərik. Tərəflərin hər biri öz dilində danışsa da, Google Translate canlı tərcümələrlə bir-birini anlamağa kömək edir.
İstifadə etmək üçün Google Translate proqramında CONVERSATION-a klik etmək lazımdır:
2. Offline tərcümə
Bu funksiya sayəsində biz internetin olmadığı və limitli olduğu yerlərdə, səfərlərdə olduğumuz yerin dilində internet olmadan rahat tərcümələr apara, mövcud olduğumuz situasiya ilə bağlı ətraflı məlumat əldə edə bilərik.
3. Kamera ilə tərcümə
Əgər olduğumuz yerdə divarda, posterdə və.s. yerdə başqa bir dildə yazı varsa, orada yazılanı əllə bir-bir daxil edib tərcümə etmək çox çətindir. Kamera imkanı sayəsində biz yazının şəklini çəkirik və Google Translate-dən istifadə edərək onu tərcümə edib, öz dilimizə çevirmiş oluruq. Buna foto tərcümə də demək olar. İstifadə etmək üçün camera düyməsinə klik etmək lazımdır.
4. Çox işlədilən sözlər
Xarici ölkələrə səfərə gedərkən bizə yerli əhalidən soruşulacaq sözlər öncədən bəlli olur. Onları yazıb saxlayırıq və hara səfər etsək, eyni sualları bir kliklə tərcümə edə bilirik. Bu, bir növ hazır baza rolunu oynayır.
5. Axtarış xanasında birbaşa tərcümə
Daha çevik tərcümə üçün telefon və ya kompüterinizdə brauzerdə axtarış/sayt ünvanı xanasında rahatca tərcümə edə bilərsiniz. Lazım olan şey yazdığınız frazanın sonuna “in dil adı” yazmaqdır. Məsələn, “avtobus dayanacağı in english”