294-cü Google təşəbbüsü Google Podcasts ilə tarixə çevriləcək


Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Google-un Google Podcasts tətbiqini bağlamaq qərarına gəlməsi ilə şirkətin 293-cü təşəbbüsü tarixə düşəcək.


“Killed by Google” internet səhifəsindən toplanan məlumata görə, Google tərəfindən bu günə qədər 293 təşəbbüs olub, lakin müxtəlif səbəblərdən bağlanaraq tarixə düşüb.

Keçən həftə Google Podcasts Google-un böyük gözləntilərlə başladığı, lakin tarixin tozlu səhifələrində sona çatdığı Google Glass, Google Stadia, Google+, Google Hangouts və Google Play Music kimi tətbiqlərə əlavə edilib.

Təkcə dünya üzrə Android cihazlarında 500 milyon dəfədən çox quraşdırılan Google Podcasts tətbiqi 5 ildən artıqdır ki, podkastları kəşf etmək istəyən istifadəçilərin diqqət çəkən proqramlarından biri olub.

2024-cü ildə dayandırılacağı açıqlanan Google Podcasts tətbiqi üçün şirkət istifadəçilərin məlumatlarını YouTube Music tətbiqinə köçürmələrini istəyir. Beləliklə, Google vasitəsilə podkastları dinləmək istəyən istifadəçilər artıq YouTube Music platforması vasitəsilə istədikləri kanallara daxil ola biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu