Malayziya Meta və TikTok-dan zərərli məzmuna nəzarəti artırmağı istədi


Malayziya Facebook-un ana şirkəti Meta və TikTok-u zərərli məzmunun monitorinqini artırmağa çağırıb.



Bernama-nın məlumatına görə, bu barədə Malayziya polisi və Malayziya Rabitə və Multimedia Komissiyası (MCMC) birgə bəyanatla çıxış edib.

Birgə açıqlamada, TikTok və Meta rəsmiləri ilə dünən keçirilən görüşdə zərərli məzmuna nəzarətlə bağlı razılığın əldə edildiyi bildirilib.

MCMC-nin açıqladığı statistikaya görə, sosial mediada zərərli məzmun artıb və 2024-cü ilin ilk üç ayında 51 min 638 fərdi iş işlənmək üçün onlayn platforma provayderlərinə göndərilib.

Bu rəqəmin 2023-cü ildə 42 min 904 olduğu bildirilib.

Açıqlamada TikTok və Meta-dan yığıncaqda qərar verildiyi kimi hərtərəfli təkmilləşdirmə planı və strategiyasını təqdim etmələrinin istəndiyi ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu