İtaliyadan TikTok-a 10 milyon avro cərimə


İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) Çində yerləşən sosial media platforması TikTok-u yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumadığını əsas gətirərək 10 milyon avro cərimələyib.


Rəqabət Qurumunun verdiyi açıqlamaya görə, Çin mərkəzli "ByteDance" qrupunun İtaliya, İngiltərə və İrlandiyadakı TikTok filiallarına, yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli təsirlərdən qorumadıqları səbəbi ilə ümumilikdə 10 milyon avro cərimə kəsilib.

Açıqlamada bildirilib ki, TikTok platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edib-etmədiyini müəyyən etmək üçün kifayət deyil.

Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu