Pentaqon: Yaxın Şərqdəki vəziyyəti yaxından izləyirik
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Yaxın Şərqdəki vəziyyəti yaxından izlədiklərini açıqlayıb.
Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder Yaxın Şərqdəki son hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bölgədə İran və İsrail arasında davam edən gərginlik və İranın İsrailə mümkün hücumu ilə bağlı sualı cavablandıran Rayder, vəziyyəti yaxından izlədiklərini, amma konkret kəşfiyyata girməyəcəklərini vurğulayıb.
ABŞ-ın İsraillə sıx təmasda olduğunu deyən Ryder, ABŞ-ın İran və onun vəkillərinin təhdidlərinə qarşı İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz olduğunu qeyd edib.
Rayder, ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı Yoav Gallant ilə telefonda Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurillanın da İsrailə təhdidləri müzakirə etmək üçün getdiyini bildirib.