Putin və Rəisi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Kremldən verilən məlumata görə, Putin İran tərəfinin xahişi ilə prezidentlə telefon danışığı aparıb.
İsrailin İranın Suriyadakı diplomatik nümayəndəliyinə hücumundan sonra Yaxın Şərqdəki vəziyyət və İranın buna qarşı tədbirlər görməsinin qiymətləndirildiyi görüşdə Putin bütün tərəfləri təmkin nümayiş etdirməyə və yeni gərginliyə yol verməməyə çağırıb.
İran prezidenti Rəisi vurğulayıb ki, İranın bu hərəkətləri zəruri və məhduddur və gələcəkdə gərginliyin artmasının tərəfdarı deyil.
Görüş zamanı iki ölkə başçısı Fələstin-İsrail probleminin həllinin olmamasının Yaxın Şərqdəki hadisələrə səbəb olduğunu bildirib. Rusiya və İran təcili olaraq Qəzza zolağında atəşkəsin təmin edilməsi, çətin humanitar vəziyyətin yüngülləşdirməsi, böhranın siyasi-diplomatik vasitələrlə həlli üçün lazımi şəraitin yaradılması mövzusunda fikir mübadiləsi aparıblar.
Görüş zamanı Rusiya ilə İran arasında əlaqələr də müzakirə edilib, gələcəkdə müxtəlif sahələrdə, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.