Paşinyan və İranın Prezidenti arasında telefon danışığı olub


Ermənistanın baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.



AFN “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısı İ.Rəisini sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb.

İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib.

İran prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur.

İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu