İran Prezidenti Paşinyanla görüşdü


İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı erməni KİV-ləri yayıb.

Məlumata əsasən, görüş Tacikistanda baş tutub. Görüş zamanı İran Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında fasiləsiz yükdaşımaların təşkilini və bölgədəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək məqsədilə Düşənbə şəhərində səfərdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu