21 Oskar mükafatı alan "Particient Media" fəaliyyətini dayandırır
"Spotlight" və "Green Book" da daxil olmaqla 21 Oskar mükafatlı filmin ortaq prodüseri olan "Particient Media" şirkəti qurulduqdan 20 il sonra fəaliyyətini dayandırmaq qərarına gəlib.
ABŞ-da yerləşən Variety jurnalı, 2004-cü ildə "Participant Media"nı quran Jeff Skoll tərəfindən təxminən 100 şirkət işçisinə göndərilən mesajı alıb.
Mesajında Skoll, şirkətin fəaliyyətini dayandırmaq üçün çox çətin bir qərar verdiyini qeyd edib.
Müsbət sosial dəyişikliyə ilham verən birinci dərəcəli məzmun yaratmaq missiyası ilə şirkəti qurduğunu ifadə edən Skoll, bu günə qədər 135 filmin ortaq prodüserlik etdiklərinə və "Spotlight" və "Green Book" da daxil olmaqla 21 filmin Oskar mükafatına layiq görüldüklərinə diqqət çəkib.
Skoll istehsal etdikləri filmlərdən 18-nin Emmi mükafatı aldığını xatırladaraq, ümumi qlobal kassa gəliri 3,3 milyard dollardan çox olduğunu ifadə edib.
Bir insanın belə dünyanı dəyişdirə biləcəyini xatırladan "Participant" cəmiyyətinə minnətdar olduğunu qeyd edən Skoll, “Bizim titullarımız real dünyada hiss olunan dəyişiklik yaradıb” deyib.
Variety jurnalının mövzu ilə bağlı məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, "Participant Media"nın fəaliyyətini dayandırması nəticəsində demək olar ki, bütün işçilər ixtisar olunacaq və şirkətin istehsal etdiyi 135 filmin maraqlarını təmsil edən bir şirkət fəaliyyətini davam etdirəcək.
Mənbə:AA