İsrailin bu həftə İrana qarşı iki cavab planını ləğv etdiyi iddia edilir


İsrail administrasiyası bu həftə iki gecə İrana qarşı cavab hücumu planını ləğv edib.


Amerikanın "ABC News" telekanalına danışan adı açıqlanmayan üç israilli mənbəyə görə, İsrailin yüzlərlə kamikadze insan hava vasitəsi, ballistik və qanadlı raketlərlə İranın hücumuna necə və nə vaxt cavab verəcəyi hələ bilinməsə də, müharibə kabinetinin hara cavab verməklə bağlı bir çox variantının olduğunu bildirib.

İsrail mənbələri iddia edib ki, Təl-Əviv administrasiyası İranın bölgədəki müvəkkillərini hədəfə almaqdan tutmuş kiberhücuma qədər mümkün cavab tədbirləri üçün bir çox variantları müzakirə edib.

"ABC News"a danışan ABŞ rəsmisi bildirib ki, İsrailin İrana hücumu 22-30 aprel tarixlərində qeyd olunan Pasxa bayramından sonrayadək olmayacaq. Ancaq vəziyyət hər an dəyişə bilər.

Rəsmi iddia edib ki, İran İnqilabı Keşikçiləri Korpusu və onun rəhbərliyi hələ də yüksək hazırlıq vəziyyətindədir və administrasiyadan bəzi məmurlar təhlükəsiz məntəqələrdə və yeraltı obyektlərdə mühafizə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu