İsrailli nazir İrana "qeyri-mütənasib hücuma" çağırıb


İsrailin maliyyə naziri Bezalel Smotriç İsraildə qatıldığı radio proqramında İranla yaşanan gərginliklə bağlı qiymətləndirmələr edib.


İranın keçən həftə İsrailə hücumuna cavab verilməli olduğunu müdafiə edən maliyyə naziri Bezalel Smotriç bunun "zorakı, sərt və qeyri-mütənasib qiymət" cavabı olduğunu bildirib.

"İsrailin Yaxın Şərqdəki mövqeyini formalaşdırmaq üçün qisas alınması zəruridir" deyən Smotriç "Bu, Yaxın Şərqdə danışılan dildir" - qeydini edib.

İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu