Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var
![](/uploads/posts/2024-04/basprok3.jpg)
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya – Karantin Mərkəzində əməliyyat keçirib.
AFN.az xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.
Faktı Baş Prokurorluqdan təsdiqləyiblər. Bildirilib ki, məsələ barədə ətraflı məlumat veriləcək.