Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üç rayon şöbəsində əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.
Baş Prokurorluğun Mətbuat xidməti məlumatları təsdiqləyib.
***
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
Əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyib.
"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.