Narkomanlığa qarşı mübarizə və sosial məsələlərə həsr olunmuş tədbir


Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel sessiya təşkil edilib.


Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış edib, narkomanlığa qarşı mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ictimai əhəmiyyəti, eyni zamanda görülən işlərin auditoriyaya effektiv şəkildə ötürülməsində medianın rolu barədə geniş müzakirələr aparılıb.

Növbəti panel sessiya isə “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda baş tutub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilən sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının səlahiyyətli nümayəndələri çıxış edərək, sözügedən məsələlərlə bağlı hadisələrin təfərrüatlarının insan hüquqları və jurnalist etikasından irəli gələn tələblər çərçivəsində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb, zərərçəkmiş şəxslərin mənafelərinin üstün tutulmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu