Gürcüstan: Aİ-yə üzvlük bizim üçün prioritetdir


Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olması onlar üçün xarici siyasətdə prioritetdir.



Gürcüstanın baş naziri İrakli Kobaxidze paytaxt Tbilisidə “Avropa Günü” münasibətilə keçirilən mərasimdə çıxış edib.

Kobaxidze ölkəsinin Avropa İttifaqı (Aİ) ilə davam edən inteqrasiya prosesinə toxunaraq, “Təbii ki, yolumuz yalnız Avropa İttifaqından keçir və xarici siyasətdə əsas prioritetimiz Avropa İttifaqına üzvlükdir” deyib.

Kobaxidze Gürcüstanın Aİ dəyərlərinin daha da möhkəmlənməsinə və inkişafına böyük töhfə verəcəyinə inandığını vurğulayıb və Gürcüstanın Avropa İttifaqına üzv olması üçün hər şeyin edildiyini qeyd edib.

Demokratiya, qanunun aliliyi və iqtisadi inkişaf kimi məsələlərdə Gürcüstanın Aİ-yə namizəd ölkələr arasında lider olduğunu bildirən Kobaxidze, “İnanıram ki, Gürcüstan yaxın gələcəkdə, ən geci 2023-cü ildə Avropa Birliyinə mütləq üzv olacaq" qiymətləndirməsini edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu