Zelenskinin səlahiyyət müddətinin başa çatması xüsusi hərbi əməliyyata təsir etməyəcək - Peskov


Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatması xüsusi hərbi əməliyyata təsir etməyəcək.



Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlamalar verib.

Ukrayna ordusunun Rusiyanın bəzi şəhərlərinə hücumlar təşkil etdiyinə diqqət çəkən Peskov, bu səbəbdən Rusiya ordusunun Ukraynada təhlükəsizlik zonası yaratmağa davam etdiyini bildirib.

Qeyd edək ki, 2019-cu ildə Ukraynada prezident seçkilərində qalib gələn Zelenskinin 5 illik səlahiyyət müddəti bu gündən başa çatır.

Martın 31-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri Rusiya ilə müharibənin başlamasından sonra 24 fevral 2022-ci ildə elan edilən hərbi vəziyyətin davam etməsi səbəbindən ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu