Öz saxladığı itlərin hücumuna məruz qalan qadın öldü


Londonda evində saxladığı iki itin hücumuna məruz qalan 50 yaşlarında qadın ölüb.


İngiltərə polisindən verilən açıqlamada Londonun şərqindəki bir evdə yaşayan 50 yaşlarında olan qadının dünən yerli vaxtla saat 13:00 radələrində hücuma məruz qalması xəbəri üzərinə təcili olaraq hadisə yerinə gedilib. Açıqlamada tibb işçilərinin müdaxilə etdiyi qadının hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

Evdə saxlanan American Bully XL cinsi itlərin hücumu səbəbi ilə hadisəyə silahlı polislər müdaxilə etməli olub.

"Həmin itlər Bully XL cinsinə aid itlər olub və polis əməkdaşları gələnə qədər evin bir otağında saxlanılıblar. Hadisə zamanı onlar evdən çıxmayıblar", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü il sentyabrın 14-də ölkənin Staffordşir bölgəsində iki itin hücumuna məruz qalan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hücumun ertəsi günü İngiltərənin Baş naziri Rişi Sunak verdiyi açıqlamada "Amerikalı Bully" cinsi itlərin açıq şəkildə cəmiyyət üçün təhlükə yaratdığını deyərək, ilin sonuna qədər bu cinsin qadağan edilməsi ilə bağlı təcili göstəriş verib.

Sunak qeyd edib ki, qadağa qərarı ilə it hücumları sona çata və insanların təhlükəsizliyi təmin edilə bilər.

Fevralın 1-dən etibarən, İngiltərə və Uelsdə azad olma sertifikatı olmayan Bully XL itinə sahib olmaq cinayət sayılır.

Bu cins itlərə sahib olanlardan heyvanın sterilizasiyası, mikroçiplənməsi və digər məhdudiyyətlərlə yanaşı, ictimai yerlərdə ağızlıq və bağla gəzdirilməsi tələb olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu