ABŞ-da itlərin hücumuna məruz qalan şəxs polisin müdaxiləsi ilə xilas edilib


ABŞ-ın Filadelfiya şəhərində küçədə gedərkən Cane Corso cinsli it və 3 pitbullun hücumuna məruz qalan şəxs polisin atəş açaraq müdaxiləsindən sonra xilas edilib.



CBS News-un məlumatına görə, ərazidə patrul xidməti həyata keçirən polis məmuru 53 yaşlı kişiyə hücum edən it sürüsünə müdaxilə edib.

Filadelfiya polisindən verilən açıqlamada Cane Corso itinin polisin açdığı atəş nəticəsində öldüyü, pitbulların isə ərazidən qaçdığı qeyd edilib.

Açıqlamada hadisəyə müdaxilə edən polis əməkdaşının siren səsi ilə itləri qovmaq istədiyi, buna nail ola bilməyəndə isə silahdan istifadə etməli olduğu bildirilib.

Hücumdan sağ çıxan yaralının xəstəxanada müalicə olunduğu və həyatının təhlükədə olmadığı, hadisəyə müdaxilə edən polis məmurunun istintaq tamamlanana qədər passiv vəzifəyə keçirildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu