Pakistanda həddindən artıq istilərə görə xəbərdarlıq edilib
Pakistana təsir edən istilər səbəbindən vətəndaşlara "evdən çıxmamaq" xəbərdarlığı edilib. Həmçinin həddindən artıq istilərin ay boyu davam edəcəyi açıqlanıb.
Pakistan Meteorologiya Departamentinin rəsmisi Zahir Əhməd Babar açıqlamasında havanın temperaturunun mövsüm normalarından 6 dərəcə yuxarı qalxacağını bildirib.
Ölkə daxilində bir çox bölgədə temperaturun 40 dərəcəni keçəcəyini bildirən Babar, həddindən artıq istilərin bu ayda da davam edəcəyini qeyd edib.
İyun ayında havanın temperaturunun 45 dərəcəyə çatma ehtimalının olduğunu bildirən departament rəsmisi vətəndaşlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Bu arada Pakistanın Pəncab əyalətində isti hava səbəbindən bütün məktəblər bir həftəlik bağlanıb.