İngiltərədə ev pişiklərinin mikroçiplənməsi məcburi oldu
Böyük Britaniyada ev pişiklərinin mikroçiplənməsi və onların sahibinin əlaqə məlumatlarının verilənlər bazasında qeyd edilməsi məcburi hala salınıb.
Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Nazirliyindən verilən açıqlamada, yeni qanunvericiliyə uyğun olaraq, sahiblərinin pişiklərinə 20 həftəlik olmamışdan əvvəl mikroçip taxmaları və əlaqə məlumatlarını aktiv saxlamaları tələb edildiyi bildirilib.
Açıqlamada ölkədə 9 milyondan çox ev pişiyi olduğu və məcburi mikroçip tətbiqinin itirilmiş və ya sahibsiz pişiklərin sahiblərinə qovuşmasını, təhlükəsiz şəkildə evlərinə qaytarılmasını asanlaşdıracağı qeyd edilib.
Bildirilib ki, mikroçipin itlər üçün artıq məcburidir və bu, itmiş ev heyvanlarının aşkarlanmasında ən təsirli üsuldur.
Mikroçipli itlərin sahiblərinə qovuşma ehtimalının iki dəfə çox olduğu və bu prosesin adətən ev heyvanının dərisinin altına düyü dənəsi böyüklüyündə bir çipin yerləşdirilməsi olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, təsərrüfat pişiyi və çöl pişikləri kimi insanlarla qarşılıqlı əlaqəsi və ya asılılığı az olan və ya heç olmayan sərbəst yaşayan pişiklər üçün mikroçiplərin quraşdırılması öhdəliyi yoxdur.
Bu qaydaya əməl edilmədiyi təqdirdə pişik sahiblərinin 500 funt sterlinq cərimə oluna biləcəyi də bildirilib.