Nigar Mahmudova Tükr Hava Yollarından şikayət etdi - VİDEO

Tanınmış aparıcı Nigar Mahmudova Tükr Hava Yolları ilə problem yaşayıb.
AFN.az xəbər verir ki, bu barədə aparıcı instaqram hesabında paylaşım edib. O, bildirib ki, “Türk Hava Yolları”nın 01:25-də uçmalı olan gecə reysinə öncədən bilet alsa da, onu təyyarəyə buraxmaq istəməyiblər:
“Məni içəri buraxmadılar. Dedilər ki, ehtiyat sərnişin kimi qeydə alınmışam. Çünki təyyarə artıq dolub. İzah etməyə çalışıram ki, axı mən bilet almışam, təyyarə necə dola bilər? Deyirlər ki, əgər sərnişinlərdən kimsə gəlməsə, sizi təyyarəyə ala bilərikə Əks halda növbəti reysi gözləməli olacaqsınız”.
Aparıcı onu da qeyd edib ki, bu hal ilk dəfə baş vermir və sərnişinlərdən təkcə onun başına gəlməyib.