Kanadalı aktyor Donald Sazerlend vəfat edib


“Qürur və qərəz” və “Aclıq oyunları” filmindəki rolları ilə tanınan kanadalı aktyor Donald Sazerlend 89 yaşında vəfat edib.


Bu barədə aktyorun oğlu Kifer X-də məlumat verib. "Dərin kədərlə sizə xəbər vermək istəyirəm ki, atam Donald Sazerlend vəfat edib" - deyə o hesabında paylaşıb.

"Deadline" portalının məlumatına görə, aktyor uzun sürən xəstəlikdən sonra Mayamidə dünyasını dəyişib.

Kanadanın baş naziri Castin Trüdo aktyorun ölümü ilə bağlı başsağlığı verib.

Sazerlendin filmoqrafiyasına 100-dən çox film, o cümlədən mistik triller “Don't Look Now”, “The Dirty Dozen” və “Field Hospital” filmləri daxildir. Aktyor iki Qızıl Qlobus və fəxri Oskarın qalibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu