İranda namizədlərdən biri seçkilərdən geri çəkildi


Tehran meri Əlirza Zəkani İran prezidentliyinə namizədliyini geri götürüb. O bu addımı mühafizəkarlar qanadından daha iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlilinin xeyrinə atıb.


AFN.az xəbər verir ki, Zəkani bu barədə öz X hesabında məlumat verib.

“Seçki yarışının qanunla müəyyən edilmiş müddətinin sonuna çatmışam, lakin mərhum Prezident İbrahim Rəisinin kursunu davam etdirmək daha vacibdir ki, Cəlili və Qalibaf haqlı tələblərindən əl çəkməsinlər. Mən Cəlili və Qalibafdan birləşməyi, inqilab qüvvələrinin haqlı tələblərini cavabsız qoymamağı və üçüncü Ruhani hökumətinin formalaşmasına imkan verməməyi xahiş edirəm”, - deyə mer bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu