İranda iyunun 28-də prezident seçkiləri keçiriləcək
Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin yerinə müvəqqəti prezident təyin edilən Birinci vitse-prezident Məhəmməd Muhbir prezident seçkilərinin tarixini iyunun 28-i elan edib.
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, müvəqqəti prezident Məhəmməd Muhbir parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ədliyyə Naziri Qulamhüseyn Muhsin Ejei ilə prezident seçkilərinin vaxtının müəyyən edilməsi ilə bağlı görüş keçirib.
İclasın yekununda verilən bəyanata görə, prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Prezident seçkilərində namizəd olmaq istəyənlər mayın 30-dan iyunun 3-dək lazımi ərizələrini verməlidirlər.
İyunun 12-dən iyunun 27-si səhərədək seçkilərin təbliği tədbirləri aparılacaq.