Rəisinin vəzifəsini birinci vitse-prezident icra edəcək


İranın birinci vitse-prezidenti Məhəmməd Moxber müvəqqəti olaraq təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi .



Bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İran Konstitusiyasına əsasən o, yeni prezident seçkilərinə qədər 50 gün vəzifəsini icra edəcək.

İran Konstitusiyasının 131-ci maddəsinə əsasən birinci vitse-prezident prezidentin vəzifələrini öz üzərinə götürür, qanunvericilik, məhkəmə orqanlarının rəhbərlərindən və vitse-prezidentin özündən ibarət şura 50 gün ərzində yeni prezidentin seçilməsini təşkil edir.

Prezident seçkiləri iyun-iyul aylarında keçirilə bilər və onu üç nəfərdən ibarət xüsusi şura keçirməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu