Ramin Hacılının cəzası azaldıldı


Dələduzluqda təqsirli bilinərək 7 il 1 ay müddətinə məhkum edilmiş ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.


"Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda əvvəlki instansiyanın qərarı dəyişdirilib.

Yeni qərara əsasən Ramin Hacılının cəzası 11 ay azaldılıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib. İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu