Netanyahu: Qırmızı xətlərimiz qorunduğu müddətcə məhbus mübadiləsi sazişinə hazırıq
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin qırmızı xətləri qorunduğu müddətcə HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına hazır olduqlarını bildirib.
Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada Netanyahunun Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurku Qərbi Qüdsdəki ofisində qəbul etdiyi bildirilib.
Qeyd edilib ki, Netanyahu və Makqurk görüş zamanı regional danışıqları müzakirə ediblər.
Bəyanatda həmçinin Netanyahunun Makqurka İsrailin qırmızı xətləri qorunduğu müddətcə HƏMAS ilə məhbus mübadiləsi razılaşması əldə etməyə hazır olduğunu söylədiyi bildirilib.
Netanyahunun qeyd etdiyi qırmızı xətlər barədə isə heç bir təfərrüat verilməyib.
Digər tərəfdən Netanyahu iyulun 7-də verdiyi bəyanatda mümkün məhbus mübadiləsində müzakirə edilməyəcək 4 şərtin olduğunu bildirib.
Netanyahunun bəyanatında Qəzzada əldə edilən hər hansı atəşkəs razılaşması "İsrailin müharibənin məqsədlərinə çatana qədər Qəzzaya yenidən hücum etmək hüququna zəmanət verir" kimi şərtlər daxildir.