Netanyahu müharibəni bitirməkdən imtina edir


İsrailin baş naziri Benyamin Netanyahunun 8 aydır davam edən müharibəni dayandırmaqdan və Qəzzadan çəkilməkdən imtina etdiyi bildirilib.


Baş nazirin ofisindən verilən açıqlamada Netanyahunun Qəzzada israilli məhbusların xilas edilməsi üçün danışıqlar aparan heyətə dəfələrlə geniş səlahiyyətlər verdiyi bildirilib.

Açıqlamada HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın müharibənin bitməsi və HƏMAS-ın olduğu kimi qalması üçün İsrail ordusunun Qəzzadan çəkilməsini tələb etdiyi, lakin Netanyahunun bunu rədd etdiyi bildirilib.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu Hərbi Nazirlər Kabinetinin "HƏMAS ilə əsir mübadiləsi razılaşması və Qəzzada müharibənin davam etdirilməsi" ilə bağlı keçirdiyi iclasdan əvvəl müharibənin dayandırılmasına qarşı olduğunu bildirib.

İsrail mayın 25-də HƏMAS-la əsir mübadiləsi və atəşkəs danışıqlarının gələn həftə yenidən başlayacağını açıqlayıb, lakin HƏMAS vasitəçilərdən danışıqların gələn həftə başlayacağına dair məlumat almadıqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu