Peskov Putinin təhlükəsizliyi məsələsindən danışıb

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov birinci şəxsin təhlükəsizlik səviyyəsindən danışıb.
Pprezidentin nümayəndəsi Ukrayna Müdafiə Nazirliyinin (GUR MO) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Putinin həyatına sui-qəsd cəhdləri ilə bağlı açıqlamalarına cavab verib. "Birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir", - deyə Peskov qeyd edib.
Dmitri Peskov həmçinin "Kiyev rejiminin bütün təhdidlərinin göz qabağında olduğu"nu deyib.
Qeyd edək ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov NV-yə müsahibəsində Kiyevin Rusiya prezidentinin həyatına qəsdlər təşkil etdiyini etiraf edib. Ukraynalı jurnalistlərlə söhbətində Budanov bu cəhdlərin uğursuzluqla başa çatdığını etiraf edib.