Peskov Putinin Çinə gözlənilən səfəri haqda açıqlama verib


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin Çinə mümkün səfərini şərh edib.


AFN.az TASS-a istinadən xəbər verir ki, Peskov səfər zamanı danışıqların əsas mövzusunun ticarət-iqtisadi əməkdaşlıq və dünyadakı vəziyyət olacağını bildirib.

"Dəqiq tarixlər razılaşdırıldıqda sizə məlumat veriləcək", - Peskov vurğulayıb. Mətbuat katibi təxmini vaxtla bağlı geniş açıqlama verməyib və məsələnin gündəmdə olduğunu bildirib.

İyulun 10-da nümayəndə heyətinin Pekinə səfəri çərçivəsində Federasiya Şurasının sədri Valentina Matviyenko Çinin sədri Si Cinpin ilə görüşüb. Matviyenko Xi-yə Rusiya prezidentinin şifahi mesajını verib. Öz növbəsində Si də Putinin tezliklə gələcəyinə ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu