Putin Çin prezidentinə Lukaşenkodan mesaj göndərməyib - Peskov


Rusiya prezidenti Vladimir Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko vasitəsilə Çin hakimiyyətinə mesaj çatdırması ilə bağlı məlumatlara Kremldən şərh gəlib.


AFN.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə bildirib ki, Rusiya prezidenti Belarus prezidenti vasitəsilə Çinə heç bir mesaj göndərməyib. "Vladimir Putinlə Aleksandr Lukaşenko arasında Belarus prezidentinin Çinə səfərinin yekunlarına dair söhbət gözlənilmir. Bu, ikitərəfli səfər idi. Yaxın günlərdə iki prezidentin kommunikasiyası planlaşdırılmır”.

Lukaşenko fefralın 2-də Çinə səfər edib və martın 2-dək bu ölkədə olub. Belarus lideri səfər çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu