Putin və Lukaşenko Soçidə danışıqlara başlayıblar


Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə danışıqlara başlayıblar.


İki ölkə lideri arasında danışıqların əsas mövzuları beynəlxalq gündəm və regional məsələlər, eləcə də iqtisadiyyatda əməkdaşlıq olacaq.

Bir gün əvvəl Belarus prezidentinin Rusiyaya işgüzar səfərə getdiyi xəbəri yayılıb. Lukaşenkonun səfərinin mərkəzi hissəsi Rusiya prezidenti ilə danışıqlar olacaq. Siyasətçilər idxalın əvəzlənməsi sahəsində genişmiqyaslı işləri də müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu