Putin və Lukaşenko arasında danışıqlar başlayıb


Rusiya və Belarus prezidentləri Putin və Lukaşenko arasında danışıqlar Strelnada (Sankt-Peterburq ətrafı – red.) başlayıb.


“RİA Novosti” xəbər verir ki, görüş Konstantinovski sarayında keçirilir.
Xatırladaq ki, iyulun 23-də Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Bundan əvvəl bildirilmişdi ki, danışıqların gündəliyi müəyyən edilib və müzakirə olunacaq çoxlu məsələlər, o cümlədən təhlükəsizlik məsələləri, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, müttəfiq proqramların həyata keçirilməsi, qeyri-qanuni sanksiyalar təzyiqinə qarşı birgə mübarizə var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu